AZ

Voronejdə azərbaycanlılara qarşı genişmiqyaslı reydlərə və həbslərə başlanıldı

BAKI. 29 iyun. TELEQRAF

Voronej vilayətində azərbaycanlılara qarşı genişmiqyaslı reydlərə və həbslər start verilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın “Новые известия” nəşri məlumat yayıb.

KİV-in məlumatına görə, Voronejdəki Alekseyevski bazarı ("Çernozemye" topdansatış bazası ) uzun müddətdir hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. İldə bir neçə dəfə burada miqrasiya sahəsində pozuntuların aşkarlanması üçün reydlər keçirilir. Yerli sakinlər mütəmadi olaraq gəlmələrin davranışından və antisanitariyadan şikayət edirlər.

Rusiya "Telegram" kanalları və digər media qurumlarının yazdığına görə, bir qrup miqrant yük avtomobilinin rus sürücüsündən nəqliyyat vasitəsini ticarət məqsədilə bir neçə günlüyə saxlamağı tələb ediblər.

"Bazar sahibləri" həmin şəxsi təhdid ediblər.

Mənbə həmin miqrantların azərbaycanlı olduğunu iddia edir.

Rusiya DİN-in Miqrasiya Xidmətinin rəisi, polis general-polkovniki Andrey Kikot məsələni şəxsi nəzarətinə götürüb. İyunun 25-də Alekseyevski bazarında DİN və "Rosqvardiya" əməkdaşlarının iştirakı ilə "Qeyri-leqal-2025" əməliyyat-profilaktik tədbirləri çərçivəsində genişmiqyaslı reyd başlayıb. Rusiya DİN-in Baş Miqrasiya İdarəsinin mətbuat xidməti üç tədbirin keçirildiyini açıqlayıb.

Reyd zamanı 450-dən çox şəxs yoxlanılıb. 42 əcnəbi miqrasiya qanunvericiliyini pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib, hərbi qeydiyyata alınma haqqında 17 çağırış vərəqəsi təqdim edilib.

"Ticarət obyektinin ərazisində miqrasiya qanunvericiliyinin kobud pozuntularının dəfələrlə aşkar edilməsi səbəbindən, "Qeyri-leqal - 2025" əməliyyatının hazırkı mərhələsi dövründə sözügedən bazarda profilaktik tədbirlər qanunvericiliyin pozulmasına şərait yaradan səbəb və şərtlər tam aradan qaldırılanadək daimi əsasda həyata keçiriləcək", - Rusiya DİN-in Baş Miqrasiya İdarəsindən bildirilib.

Seçilən
1
50
teleqraf.com

10Mənbələr