AZ

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 17 radələrində Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan hafta.az-a verilən məlumata görə, Azad Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə kənd sakini 75 yaşlı Fəxrəddin Beybudovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işinə başlanılıb, istintaq aparılır.

Seçilən
158
4
hafta.az

8Mənbələr