AZ

Pakistanda antiterror əməliyyatı keçirilib

BAKI, TurkicWorld

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə iTicket.az məlumat yayıb.

Məlumata görə, ləğv edilən tədbirlər aşağıdakılardır:

- Yumor Fest (18.07.2025 - Sea Breeze Resort);

- Bastanın konserti (30.08.2025 - Sea Breeze Resort);

- "Şelkunçuk" baleti (11.10.2025 - Heydər Əliyev Sarayı);

- "Qu gölü" baleti (11.10.2025 - Heydər Əliyev Sarayı);

- Sergey Bezrukovun konserti (17.10.2025 - Heydər Əliyev Sarayı);

- "Romeo və Cülyetta" baleti (12.10.2025 - Heydər Əliyev Sarayı);

- "Düyməçik" baleti (12.10.2025 - Heydər Əliyev Sarayı);

- Yevgeni Sinyakovun stendapı (01.11.2025 - Opera Studiyası);

- Leonid Aqutin və Anjelika Varumun konserti (23.11.2025 - Heydər Əliyev Sarayı);

- "Master və Marqarita" Flamenko tamaşası (20.12.2025 - Opera Studiyası);

- "Şelkunçuk" Flamenko baleti (20-21.12.2025 - Opera Studiyası).

Xatırladaq ki, Rusiya Federasiyasının Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiyanın dövlət və özəl müəssisələrinin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və digər tədbirlər ləğv edilir.

Bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn platformalara müraciət edə bilərlər.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Seçilən
0
2
turkic.world

10Mənbələr