AZ

Yamal "Barselona"da əfsanəvi nömrəni daşıya bilər - FOTO

"Barselona"nın gənc futbolçusu Lamin Yamalın yaxın vaxtlarda komandanın 10 nömrəli formasını alacağı gözlənilir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Kataloniya təmsilçisinin vingeri şəxsi sosial media hesabında paylaşım edərək eyham vurub.

O, əfsanəvi futbolçu Dieqo Maradonanın "Barselona"da 10 nömrə ilə çıxış etdiyi dövrə aid fotonu yayımlayıb.

Hazırda 19 nömrə ilə çıxış edən 17 yaşlı Yamalın 10 nömrəni daşımaq ehtimalı klubdakı nömrə dəyişikliyi ilə bağlı yayılan məlumatları təsdiqləyir. Sözügedən nömrə 2008–2021-ci illər ərzində Lionel Messiyə məxsus olub. Argentinalı ulduzun klubdan ayrılmasından sonra bu forma Ansu Fatiyə verilmişdi.

Lamin Yamal ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlər üzrə 55 oyuna çıxıb, 18 qol vurub və 25 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, Yamalın bazar dəyəri 200 milyon avro təşkil edir.

Seçilən
8
2
90deqiqe.az

2Mənbələr