“Karvan” müdafiəçisi Müşviq Teymurovla yollarını ayırıb.
Msport.az xəbər verir ki, futbolçunun başa çatan müqaviləsi yenilənməyib.
Yevlax futbol məktəbinin yetirməsi olan Teymurov son iki mövsüm bölgə təmsilçisində 45 oyun keçirib və “Karvan”ın kapitanlarından olub.
Qeyd edək ki, “Karvan” ötən mövsüm Azərbaycan I Liqasını 47 xalla üçüncü sırada başa vuraraq Premyer Liqada iştirak hüququ qazanıb.