Moskva ümid edir ki, Kiyevlə danışıqların növbəti - üçüncü raundunun tarixləri çox yaxın vaxtlarda müəyyənləşəcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Xeyr, hələ yaxın vaxtlarda deyil. Biz danışıqların üçüncü raundunu gözləyirik. Ümid edirik ki, çox yaxın gələcəkdə üçüncü raundun tarixləri bəlli olacaq", - Kreml nümayəndəsi jurnalistin suallarını cavablandırarkən bildirib.