AZ

İzmir hava limanı uçuşları dayandırdı

Bakı. Trend:

Türkiyənin İzmir şəhərindəki Menderes Beynəlxalq Hava Limanımeşə yanğını səbəbindən uçuşları dayandırıb.

Trend xəbər verir ki, yanğınSeferihisar və Menderes rayonlarında 40°C-ə yaxın temperaturdagüclü istilər zamanı baş verib.

"Menderes hava limanı fəaliyyətini qeyri-müəyyən müddətədayandırıb. Yanğın söndürüldükdən sonra uçuşların bərpa olunacağıgözlənilir", - deyə məlumatda deyilir.

Xatırladaq ki, son günlər Türkiyənin bir sıra vilayətində, ocümlədən İzmir və Sakarya bölgələrində yanğınsöndürənlər meşəyanğınları ilə mübarizə aparır.

Məqalədə:
Seçilən
48
az.trend.az

1Mənbələr