AZ

Havanın temperaturu +46ºC-ə yüksəldi


İspaniyada keçən həftə sonu temperatur rekord həddə - +46ºC-ə yüksəlib.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə "El Tiempo" məlumat yayıb.

Bildirilib ki, Əndəlüsün Huelva əyalətində yerləşən El Qranadoda şənbə günü, iyunun 28-də termometr +46°C göstərib.

"Bu, rekordlar başlayandan bəri iyun ayında İspaniyada qeydə alınan ən yüksək temperaturdur", - agentlik bildirib.

Montoro və Fuentes de Əndəlüs bələdiyyələri +44°C və +43.9°C temperaturla El Qranadodan bir qədər geridə qalıblar.

İsti dalğasının pik nöqtəsi daha da böyük istilərin olacağı bazar və bazar ertəsi arasında gözlənilir.


Seçilən
8
3
news24.az

10Mənbələr