Bakı. Trend:
Gürcüstanda 2024-cü ildə ölüm səviyyəsi əvvəlki illə müqayisədə2,8 faiz artaraq 43 min 917 nəfər təşkil edib.
Trend xəbər verir ki, bubarədə Gürcüstan Milli Statistika Xidməti (Sakstat) məlumatyayıb.
Bildirilir ki, ölümün əsas səbəbi, əvvəlki illərdə olduğu kimi,qan dövranı sistemində yaranan problemlər (35,9%) və bədxassəlişişlər (9,2%) ilə əlaqəli xəstəliklər olaraq qalır.
Milli Statistika Xidmətinin məlumatına görə, beş yaşadək uşaqlararasında ölüm hallarının əsas səbəbi perinatal dövrdə aşkar edilənpozğunluqlardır. 5-39 yaş arasında xəsarətlər, zəhərlənmələr,xarici təsirlərin müxtəlif nəticələri üstünlük təşkil edir. Çünkibu yaş kateqoriyasındakı insanlar arasında qəzaların baş verməehtimalı daha yüksəkdir. 40 yaşdan yuxarı qan dövranı sistemixəstəlikləri və şişlər üstünlük təşkil edir.