ABŞ Senatı prezident Donald Trampın vergi islahatı və hökumət xərcləri haqqında qanun layihəsi ilə bağlı 20 saatlıq müzakirələrə başlayıb...
Poliqon xəbər verir ki, prosedurdan əvvəl demokratların təşəbbüsü ilə sənədin 940 səhifəlik mətni 16 saat oxunub.
“Bir, Böyük, Gözəl” adlanan qanun layihəsi vergi güzəştlərinin genişləndirilməsini, müdafiə xərclərinin artırılmasını və sosial proqramların azaldılmasını nəzərdə tutur. İlkin səsvermə zamanı sənədi 49-a qarşı 51 senator dəstəkləyib.
Əsas müddəalar: borc tavanının 5 trilyon dollar artırılması, Medicaid xərclərinin 1,1 trilyon dollar azaldılması və müdafiə xərclərinin artırılması.
Fraksiya lideri Çak Şumer respublikaçıları mühasibat hiylələrindən istifadə etməkdə günahlandıraraq qeyd edib ki, Konqresin Büdcə Ofisinin hesablamalarına görə, qanun layihəsi 12 milyon amerikalını tibbi sığortasız qoya bilər.
Poliqon.info