AZ

Bu giləmeyvələr yaşlanmanı ləngidir

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Antioksidantlar və iltihab əleyhinə maddələrlə zəngin olan qidalar sağlamlığın qorunmasında və yaşa bağlı dəyişikliklərin ləngiməsində mühüm rol oynayır.

Redaktor.az xəbər verir ki, bu barədə qastroenteroloq Anton Zaqaynov jurnalistlərə açıqlamasında məlumat verib.

Zaqaynov yaşlanma prosesini ləngidən məhsullar sırasında giləmeyvələri qaragilə, moruq və çiyələyi xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu meyvələrin tərkibində olan antosiyaninlər və digər güclü antioksidantlar hüceyrələri sərbəst radikalların zədələnməsindən qoruyur, dərinin və beynin gəncliyini qorumağa kömək edir.

Həkim əlavə edib ki, yaşıl çay, qoz-fındıq (xüsusilə badam, qoz və Braziliya qozu), avokado, yağlı balıq növləri (somon, sardina), yarpaqlı göyərti (ispanaq və kələm), sızma zeytun yağı, kətan toxumu, çia və günəbaxan tumları da yaşla bağlı dəyişikliklərin qarşısını almaqda faydalıdır.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
redaktor.az

2Mənbələr