Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İsrailin Qəzzadakı Cəbəliyyə qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində azı 18 nəfər öldürülüb, onlarla insan yaralanıb.
APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, məcburi köçkünlərin sığındığı məktəb binasına artilleriya atəşi açılıb.
Bundan əvvəl də Qəzzanın cənub-şərqindəki Həyy Zeytun və Həyy ət-Tuffəh bölgələrinin atəşə tutulması nəticəsində daha 4 fələstinli qətlə yetirilib.
Səhər saatlarından etibarən Fələstin anklavında İsrail ordusunun hava hücumları və top atəşləri nəticəsində ümumilikdə 68 nəfər həyatını itirib.
AzPost.az
Paylaş
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.