AZ

Bölgə klubu Premyer Liqaya bu büdcə ilə gəlir

ain.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

Premyer Liqaya vəsiqə qazanan “İmişli” klubunun büdcəsi bəlli olub.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi növbəti mövsüm yalnız dövlətdən ayrılan vəsaitlə oynamaycaq. Premyer Liqada qalmağı hədəfləyən rəhbərlik buna uyğun heyət yığmaq fikrindədir.

Rəhbərlik komandaya əlavə 1,5-2 milyon manat büdcə ayırıb. Rəsmi olaraq açıqlanmasa da, növbəti mövsüm klublara dövlət tərəfindən ayrılan vəsaitin 2,5 milyon olacağı gözlənilir.

“İmişli”nin Premyer Liqada debüt ilindəki büdcəsi minimum 4 milyon manat olacaq. Bu, elitada qalmaq hədəfi daşıyan klub üçün kifayət qədər yüksək məbləğdir.

Hazırda rəhbərlik və məşqçilər heyəti bu büdcə üzərindən komanda formalaşdırmağa çalışır. Bölgə klubunun yaxın günlərdə daha bir neçə əcnəbi futbolçunun transferinin açıqlaması gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
50
idmanxeber.az

10Mənbələr