Avropa ilə iqtisadi əlaqələri zəifləyəndən sonra Asiya-Sakit okean ölkələrinə üz tutan Rusiya ölkənin qazancını Ukrayna torpaqlarını işğal etmək üçün başlatdığı müharibəyə xərclədiyi üçün indi də başqa prblemlə üzləşib.
Hafta.az-ın “Forbes”ə istinadən yazdığına görə, ötən il Rusiyanın Asiya ilə ticarət həcmi 7,6 faiz artaraq 329,2 milyard dollara, o cümləədn idxal 1,9 faiz yüksələrək 191,2 milyard dollara çatıb. Rusiyanın xarici ticarətində Asiyanın payı 75 faizə yaxınlaşdığı halda, Avropa və ABŞ-ın ümumi payı cəmi 13-14 faizə düşüb.
Bu böyük istiqamət dəyişikliyi Rusiyanın logistika infrastrukturuna ciddi təzyiq göstərir. Çin, Hindistan və Vyetnam kimi ölkələrlə artan yük axını Uzaq Şərqdə limanlarda və dəmir yolu xətlərində darboğazlar yaradıb. Trans-Sibir və BAM xətlərində kifayət qədər tutum olmadığı üçün qatarlar ya ikinci xətlərə yönəldilir, ya da günlərlə stansiyalarda saxlanılır. 2024-cü ilin sonuna qədər Uzaq Şərq limanlarında konteyner ixracı 37, idxalda isə 54 faizə çatıb.
Dənizçilik sektorunda Maersk və CMA CGM kimi Qərb daşıyıcılarının 2022-ci ildə Rusiyadan çıxarılması konteyner daşımaları bazarında qəfil boşluq yaradıb. Çin və yerli şirkətlər bu boşluğu doldurmağa çalışsalar da, gəmi qıtlığı, artan icarə xərcləri və slot asılılığı tariflərdə dalğalanmalara səbəb olur. Məsələn, Şanxay-Sankt Peterburq xəttində 40 futluq konteynerin yükü 6 min dollara qədər qalxa bilər. Çin daşıyıcıları yerli rəqiblərindən 8-19 faiz ucuz tariflər təklif edərək qiymət rəqabətində fərqlənməyə çalışırlar.
Mütəxəssislərin fikrincə, logistika infrastrukturuna təzyiq bu il davam edəcək.Uzaq Şərq terminallarının modernləşdirilməsi sayəsində transfer müddəti ildə 21 gündən 14 günə düşsə də, dəmir yolu infrastrukturunun sənaye tələbatını qarşılaya bilməsi üçün daha 2-4 il lazım olacaq.