AZ

Gecə gözünüzə yuxu getmirsə, bu xəstəlik ola bilər!

Yay aylarında havanın isti və rütubətli olması, eləcə də stress yuxusuzluğu daha da artırır.

 

Pravda.az bildirir ki, yuxu pozğunluqları bəzən ciddi xəstəliklərin əlaməti ola bilər.

 

Yuxusuzluğun səbəbləri arasında stress, psixoloji narahatlıqlar, ətraf mühit faktorları, pis yuxu gigiyenası və bəzi xəstəliklər yer alır. Bu problemlər gündəlik həyat keyfiyyətini aşağı salır, yaddaş zəifləməsi, diqqət dağınıqlığı, ürək-damar xəstəlikləri və hətta iş və yol qəzalarının artması ilə nəticələnə bilər.

 

Mütəxəssislər yuxusuzluğun səbəbinin ətraflı araşdırılmasını və hədəfli müalicə üsullarının seçilməsini tövsiyə edirlər.

 

Əlamətlərə aşağıdakılar daxildir:

 

Xoruldama və yuxuda nəfəs kəsilməsi

 

Səhər yorğunluğu, baş ağrısı

 

Günorta yuxululuq

 

Unutqanlıq, əsəbilik

 

Seksual istəksizlik

 

Müalicə yolları:

 

Uşaqlarda və böyüklərdə yuxusuzluğun arxasında duran səbəblərə görə medikamentoz və ya cərrahi müalicələr tətbiq oluna bilər. Uyğun yatma şəraiti, rejimə riayət və bəzi hallarda davranış terapiyası da effektiv nəticə verir.

 

Əminə Bayramova

 

Tarix: 30 İyun 2025, 10:26   
Seçilən
13
6
pravda.az

7Mənbələr