Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti,Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham RəhimovRusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı baş verən hadisəylə bağlı rəhbərlik etdiyi təşkilatın mövqeyini açıqlayıb.
Professor İlham Rəhimov News24.az-a açıqlamasında bildirib ki,rəhbərlik etdiyi təşkilat Yekaterinburq şəhərindəRusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmişhadisəniqəti şəkildə pisləyir vəbunu həyata keçirmişhüquq-mühafizə orqanlarının əməkdaşlarınındairəsini müəyyən etməklə onların cinayət məsuliyyətinə cəlb edilməsini qəti şəkildətələb edir.
İlham Rəhimov bildirib ki,hadisədən xəbər tutan kimi dünənYekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Elçin Şıxlinski ilə bir neçə dəfə əlaqə saxlayaraq həm hadisə barədə ətraflıməlumat alıb, həm də bundan sonra hansı addımların atılması barədə diaspor rəhbəri ilə məsləhətləşmələr aparıb.
Professor İlham Rəhimovbaş vermiş hadisənin obyektiv araşdırılması üçün Rusiyanın hüquq- mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslərə müraciət edəcəyini bildirib. O hadisənin obyektiv araşdırılması üçün bütün imkanlarından və nufuzundan istifadə edəcəyinidə qeyd edib.
Professor İlham Rəhimov eynizamanda baş vermiş hadisənin həssaslığını nəzərə alaraq məsələnin tam və hərtərəfli araşdırılmasını gözləməyi, azərbaycanlıların Rusiya cəmiyyətində mövqelərinin güclənməsindən ciddi narahat olan qüvvələrin maraqlarına istəmədən beləxidmət edən hərəkətlərdən yayınmağın vacib olduğunu ifadə etdi.