AZ

Ayın övladları: Xərçəng bürcünün sirli enerjisi açıqlandı

Xərçəng bürcü haqqında astroloji alimlərin fikirləri onun duyğusal dərinliyi, intuisiya gücü və ailəyə bağlılığı üzərində cəmlənir. 

Yenisabah.az müxtəlif məşhur astroloqların və astroloji məktəblərin Xərçəng bürcünün enerjisi haqqında söylədikləri fikirləri təqdim edir

1. Linda Goodman (“Sun Signs” müəllifi) pizza mizza

O Xərçəngləri Ayın uşaqları adlandırıb və bildirib ki:

“Xərçəng bürcü insanları Ay kimi dəyişkəndirlər. Bir anlıq parlaq, sonra isə içinə qapanmış. Onların qoruyucu qabıqları var, amma içəridə son dərəcə həssas bir ürək gizlənir”.

2. Liz Greene (Psixoloji astrologiyanın banilərindən biri)

Liz Greene Xərçəngləri emosional yaddaşı daşıyanlar adlandırır:

“Xərçəng bürcü keçmişlə yaşayır. Onlar emosional təcrübələri silməz, qoruyar və zamanla mənalandırar. Bu səbəbdən çox güclü empat hisslərinə malikdirlər.”

3. Susan Miller (məşhur astroloq və AstologyZone.com-un qurucusu)

Susan Miller Xərçəngləri təbii intuitiv liderlər kimi tanıdır:

“Xərçənglərə enerjini izah etmək çətindir. Onlar hiss edirlər, ağılla yox, qəlblə qərar verirlər. Sezgilərinə güvənəndə, həyat onları doğru yola aparır.”

4. Steven Forrest (Evolyusion astrologiya məktəbinin nümayəndəsi)

Forrest Xərçəngləri keçmişin qoruyucusu adlandırır:

“Xərçəngin ruhani vəzifəsi keçmişin dəyərlərini gələcəyə daşımaqdır. Onun enerjisi qoruyucu, analıq və şəfqətlidir. Amma bu enerji həddindən artıq qoruma halında boğucu ola bilər.”

5. Astrologiya məktəblərinin ortaq fikirləri:

Element: Su – hisslər, duyğular, dərinlik

Planet idarəçisi: Ay – duyğuların simvolu

Karmik dərs: “Bağlamaq və buraxmaq” – keçmişi sevməklə yanaşı, buraxmağı öyrənmək

Yüksək vibrasiyası: Qoruyuculuq, şəfqət, instinktiv anlayış

Aşağı vibrasiyası: Qorxu, qısqanclıq, emosional manipulyasiya

Astroloji alimlərin fikrincə, Xərçəng bürcünün enerjisi həyatın “ürəyidir”. O, bizi köklərimizə, ailəmizə, qoruyucu instinktimizə bağlayır. Onun enerjisi həm müalicə edici, həm də qoruyucu ola bilər. Amma balanssızlıqda bu enerji boğucu və manipulyativ də ola bilər.

Aydan Hacıbalazadə


Telegram kanalımız
Seçilən
23
43
yenisabah.az

10Mənbələr