AZ

Avropa İttifaqının sürətli silahlanma siyasəti “tarixi səhv” ola bilər – ÖZƏL

Avropa İttifaqının (Aİ) sürətli və genişmiqyaslı hərbi təchizat planları uğur gətirmək əvəzinə yeni çətinliklər doğura bilər. Olaylar.az xəbər verir ki,  bu barədə ABŞ-nin nüfuzlu The New York Times (NYT) qəzeti yazır.
Nəşrin fikrincə, Aİ-nin yalnız müdafiə xərclərinə fokuslanması digər sahələrin inkişafını ləngidə və ümumilikdə geriyə addım sayıla bilər:
"Müdafiə xərclərinə prioritet verərək digər istiqamətləri kənarda qoymaq, Aİ üçün irəli deyil, geriyə addım ola bilər. Sürətli silahlanma prosesi böyük nailiyyət deyil, tarixi bir səhvə çevrilə bilər", - məqalədə qeyd olunub.
The New York Times Aİ-nin bu siyasətini "hərbi keynsianizm" adlandırır - yəni iqtisadi durğunluqla mübarizə məqsədilə hərbi xərclərin artırılması. Qəzetin qiymətləndirməsinə görə, hazırkı iqtisadi və siyasi şəraitdə Avropanın nə yetərli maliyyə resursları, nə də koordinasiya imkanları var ki, bu hərbi sənaye planlarını uğurla həyata keçirsin.
Bundan əlavə, qəzet xəbərdarlıq edir ki, müdafiə sifarişlərinin kəskin şəkildə artırılması Avropa hərbi sənayesində "münaqişələrin davamlılığına maraq" yarada bilər.
Məqalədə qeyd edilir ki, Aİ bu siyasətdən yalnız qısamüddətli və məhdud iqtisadi artım əldə edə bilər, lakin hərbi istehsalçılara verilən subsidiyalar qlobal səviyyədə rəqabətədavamlı sənaye qurmağa imkan verməyəcək.
Xatırladaq ki, iyunun 27-də Brüsseldə keçirilən Aİ sammitində üzv ölkələr, NATO-nun hərbi xərclərin ÜDM-in 5%-nə çatdırılması ilə bağlı qərarına uyğun olaraq, oktyabr ayına qədər icmanın militarizasiya üzrə maliyyə yol xəritəsini hazırlamaq barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
30
olaylar.az

10Mənbələr