AZ

Almaniyanın xarici işlər naziri Kiyevə gəldi

Almaniyanın xarici işlər naziri İohan Vadeful Ukraynaya səfər edib.

Vətəninfo.az xəbər verir ki , bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.Kiyevə çatan nazir bəyan edib ki, “Ukraynalılar təkcə öz ölkələrinin azadlığını və suverenliyini deyil, həm də Avropanın təhlükəsizliyini və azadlığını Putinin təcavüzünə qarşı müdafiə edirlər”. “Buna görə də biz diqqətimizi Ukraynaya dəstək verməyə davam edəcəyik. Ukraynanın azadlığı və gələcəyi bizim xarici və təhlükəsizlik siyasətimizin ən mühüm məsələsidir”, – Vaddeful qeyd edib. O, Rusiya tərəfinin maliyyə imkanlarını məhdudlaşdırmaq üçün həm Aİ, həm də G7 tərəfdaşları ilə sanksiyalar tətbiq etməyə davam edəcəklərini də vurğulayıb.

Seçilən
31
50
veteninfo.az

10Mənbələr