AZ

Kitab fikrin gəmisidir

Qəbələ şəhərində ehtiyatda olan xüsusi xidmət polkovniki, Qarabağ müharibəsi veteranı, şair publisist Hamlet İsmayılovun Azərbaycan və rus dillərində nəşr olunmuş 3 kitabı "İttiham və siyasi iflas", “Qarantı qosudarstvennoy bezonacnostu"  və  "Xotite-verte, xotite-net" adlı kitablarının təqdimat mərasimi keçirilib.

Mərasimi yazıçı-publisist Akif Cabbarlı açaraq Hamlet İsmayılovun həyat və yaradıcılığı barədə ətraflı məlumat verdikdən sonra  tədbiri aparmaq üçün sözü şair- jurnalist Mübariz Süleymanlıya verib.
Mübariz Süleymanlı Hamlet müəllimin əsərlərinin  mövzu diapazonu, bədii-estetik məziyyətləri, qələmə aldığı mövzulara yanaşma üslubu barədə ətraflı söhbət açıb.
Bildirib ki, Hamlet İsmayılov xüsusi xidmət orqanlarında çalışdığı vaxt rastlaşdığı qeyri-məxvi hadisələr barədə bədii sözün qüdrətilə ortaya bir çox şeir və poemalar qoyub.
Müəllif Azərbaycan xüsusi xidmət orqanlarının keçdiyi şanlı yola geniş formatda nəzər salıb, Ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik barədə mövzulara geniş yer ayırıb.
   
Azərbaycan Yazıçılar Birliyinin İsmayıllı, Qəbələ və Oğuz  bölməsinin sədri Vüsal Oğuz, "Qəbələnin səsi" Yazarlar Birliyinin sədri Şəhla Xəlilqızı, şairlər Mirhəsən Ağayev, Cəlil Xeyirbəy, Simuzər Mustafayeva, "Zim.az" saytının əməkdaşı İlhamə Sabirqızı və digər çıxış edənlər şair Hamlet İsmayılovun şeirlərində  zəngin poetik fikirlərin olmasından bəhs ediblər, vətənpərvərlik  mövzusuna daha geniş yer ayırdığından danışıblar.
Təbdirin sonunda müəllif görüş iştirakçılarına təşəkkürünü bildirib və yeni əsərlər üzərində işlədiyini diqqətə çatdırıb. 
Sonda Hamlet İsmayılov görüşə gələnlərə kitablarını təqdim edib.

Mübariz Süleymanlı

Seçilən
0
9
modern.az

10Mənbələr