AZ

Zatulin Rusiyanın məkrli planını açıqladı: Moskva Bakıdan bunu tələb edir

Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib ki, Azərbaycan heç vaxt Rusiyanın strateji tərəfdaşı olmayıb.

Publika.az xəbər verir ki, ermənilərin muzdlu nökəri olan Zatulin bu barədə “Lenta.ru” saytına müsahibəsində danışıb.

Deputat qeyd edib ki, Azərbaycan nə Avrasiya İqtisadi İttifaqının, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü deyil, onun üzvlərinə münasibətdə strateji tərəfdaş ifadəsi işlədilir. Eyni zamanda, belə üzvlük açıq anti-Rusiya kursunun həyata keçirilməsindən qorunmur, deyə o qeyd edib.

Zatulin müsahibəsində Rusiyanın əsas məqsədinin nə olduğunu da açıqlayıb. O bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Rusiyanın reaksiyasını nəzərə almır.

"Bundan sonra Azərbaycan rəhbərliyinin Rusiyanın bu cür hərəkətlərə müdaxiləsindən ehtiyatlanmağa heç bir əsası qalmadı. Rusiya ilə xüsusi münasibətləri vurğulamaq zərurəti əhəmiyyət kəsb etməkdən çıxdı", - Zatulin bildirib.

Seçilən
17
10
publika.az

10Mənbələr