Polis əməkdaşlarının iyunun 28-də və 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə DİN məlumat yayıb.
Məlumata görə, iyunun 28-də və 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 17 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.
P.ƏMİRCANOV
XQ