AZ

Serbiyada müxaliflər küçələri bağladı: Prezident həbslə hədələyir

Erkən seçkilər tələbi ilə keçirilən kütləvi gecə mitinqində polislə toqquşan hökumət əleyhinə etirazçıların həbsindən sonra gərginliyin kəskin artdığı Serbiyada minlərlə insan küçələri bağlayıb.

Publika.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, etirazçılar paytaxt Belqradın müxtəlif yerlərində metal maneələr qurublar və Sava çayı üzərindəki əsas körpünü bağlayıblar. Şimaldakı Novi Sad şəhərində etirazçılar hakim populist Serb Tərəqqi Partiyasının ofislərinə yumurta atıblar.

Serbiya mediası analoji etirazların ölkənin kiçik şəhərlərində də təşkil edildiyini bildirib.

Etirazçılar hakimiyyətdən şənbə günü Belqradda keçirilən tələbə etirazı zamanı polisə hücum etdiklərinə və ya hökuməti devirməyə cəhd etdiklərinə görə həbs edilən onlarla universitet tələbəsini və digər nümayişçini azad etməyi tələb edirlər.

Bazar günü səhər saatlarında keçirdiyi mətbuat konfransında Serb populistlərinin lideri, prezident Aleksandr Vuçiç etiraz təşkilatçılarını zorakılığa və polisə hücumlara təhrik etməkdə ittiham edib.

"Polisə hücum edən daha çox insan həbs olunacaq. Bu, son deyil", - deyə Vuçiç etirazçıları "terrorda" ittiham edib.

Seçilən
62
8
publika.az

10Mənbələr