AZ

İran-İsrail münaqişəsi: “Əks halda hərbi gərginlik ən yüksək həddə çata bilər”

“Hələ ki İsrail və İran arasında atəşkəs rejimi hökm sürür, ancaq İranda siyasi dairələr tam dəqiqliyi ilə bilirlər ki, bu atəşkəs müvəqqəti xarakter daşıyır, əvvəl-axır münaqişə tərəfləri yenidən bir-birinə qarşı radikal hərbi addımlar atmaq məcburiyyətində qalacaqlar. Çünki hərbi-siyasi, həm geosiyasi, geopolitik ziddiyyətlər həddindən artıq ciddidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, son vaxtlar Yaxın Şərqdə geoiqtisadi faktorlar ön plana keçməyə başlayıb və bu səbəbdən də regionun yenidən dizayn olunması prosesinə start verilib:

“Belə bir proses isə Yaxın Şərqdə bəzi məsələlərin yenidən qurulmasına ehtiyac yaradır. Bunun sırasında da İranla bağlı məsələnin daha pozitiv istiqamətdə həll olunması yer alır. Hələ ki İranın Yaxın Şərqdə proksi qüvvələri sıradan çıxarılıb, eyni zamanda, İrana hərbi müdaxilə etməklə onun beynəlxalq nüfuzuna zərbələr vurulub. İranın daxilində də müəyyən problemlər yaranmağa başlayıb. Siyasi rejimin nüfuzuna xələl gəlmiş kimi görünür. Əsas məsələ də odur ki, rəsmi Tehran artıq anlayır ki, yaxın gələcəkdə İranla bağlı məsələ yenidən gündəmə gətirəcək və bu, əvvəl-axır İrana qarşı növbəti hərbi əməliyyatların başlaması ilə nəticələnə bilər. Böyük ehtimalla, bu məsələnin nə vaxt baş verib-verməmə məsələsi İranın nüvə proqramları ilə bağlı müzakirələrdə tutacağı mövqedən aslı olacaq. Əgər həmin müzakirələrdə rəsmi Tehran öz nüvə proqramlarından imtina etdiyini rəsmi şəkildə təsdiqləyərsə, hərbi faktorlar arxa plana keçirilə bilər. ABŞ və bəzi qərb siyasi dairələrdən verilən siqnallar da onu göstərir ki, əksinə əgər rəsmi Tehran İranın nüvə və raket texnologiyasından imtina etməzsə, o zaman yenidən hərbi gərginlik ən yüksək həddə çata bilər”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
37
50
editor.az

10Mənbələr