AZ

İstintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb

Bakıda istintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb.

XəzərNews.az xəbər verir ki, hadisə dünən saat 18 radələrində Penitensiar Xidmətin Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında baş verib.

Təcridxanada saxlanılan Bakı şəhər sakini 1985-ci il təvəllüdlü İlqar Mirağa oğlu Həsənovun səhhəti qəfil pisləşib və vəfat edib.

İ.Həsənovun yüksək qan təzyiqindən öldüyü bildirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər 3 dəfə oxunub.
Seçilən
12
50
xezernews.az

10Mənbələr