Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlər 29 iyun tarixdən 2 iyul 2025-ci il tarixədək onlayn qeydiyyatdan keçə bilərlər.
Bu barədə idarənin feysbuk səhifəsindəki elanda deyilir.
Qeyd edək ki, tələblər aşağıdakı kimidir:
1. Hazırda ümumi təhsil müəssisəsində müddətsiz müqavilə ilə çalışması;
2. Hər iki iş yeri üzrə ümumi dərs yükünün 24 saatdan artıq olmaması;
3. Sertifikatlaşdırma üzrə test nəticəsinin minimum 85 faiz olması;
4. Sertifikatlaşdırma keçirilməyənlərə münasibətdə sonuncu qiymətləndirmə (diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu üzrə müsabiqə) nəticəsinin minimum 85 faiz olması;