AZ

XİN: Azərbaycanda mina qurbanlarının sayı 399 nəfərə çatdı

BAKI, 30 iyun. TELEQRAF

Azərbaycanda mina qurbanlarının sayı 399 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İyunun 30-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində növbəti faciəvi mina hadisəsi baş verib. Ağdam rayonunda mina partlayışı nəticəsində bir polis əməkdaşı ağır yaralanıb. Partlayış nəticəsində onun sağ ayağı amputasiya edilib.

Bu hadisə ilə 2020-ci il Vətən müharibəsindən sonra mina qurbanlarının ümumi sayı 399 nəfərə çatıb.

Ermənistanın mina xəritələrini tam və dəqiq şəkildə təqdim etməkdən davamlı şəkildə imtina etməsi azad edilmiş ərazilərdə yaşayan mülki vətəndaşlar, eləcə də təhlükəsizlik əməkdaşları üçün ciddi təhlükə yaratmaqda davam edir.

Beynəlxalq ictimaiyyət bu humanitar hüquq pozuntularına qarşı səssiz qalmamalı, mina təhlükəsinə qarşı daha sərt mövqe sərgiləməlidir.

Seçilən
23
50
teleqraf.com

10Mənbələr