AZ

Hər il mina qurbanlarının sayının artması təhlükənin davamlı xarakter daşıdığını göstərir - BAMF rəsmisi

Gözəgörünməz düşmən ilə mübarizəmiz hələ də davam edir. SİA xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Maarifləndirmə Departamentinin rəhbəri Heydər Rzayev Qarabağ zonasında mina təhlükəsinə qarşı mübarizə istiqamətində aparılan silsilə maarifləndirmə tədbirləriylə bağlı çıxışında deyib.

Adıçəkilən zonada mina təhlükəsizliyinin aktuallığına qeyd edən BAMF-ın rəsmisi işğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin təhlükəsizliyi baxımından maarifləndirmə tədbirlərinə həssas və operativ yanaşmanın vacibliyini vurğulayıb:

"Mina təhlükəsi Azərbaycanın üzləşdiyi ən ciddi problemlərdən biri olaraq qalır. İlkin hesablamalara görə, Ermənistan tərəfindən Azərbaycan ərazilərinə basdırılmış minaların sayı təxminən 1,5 milyondan çoxdur və bu, ölkəmizi dünyada mina çirklənməsinə görə ilk sıralarda qərarlaşdırır. 2020-ci ildən bəri 399 mina hadisəsinin qeydə alınması və hər il mina qurbanlarının sayının artması və xəsarətlərlə nəticələnən insidentlər bu təhlükənin davamlı xarakter daşıdığını göstərir”.

"Bu mənzərə fonunda mina maarifləndirməsi tədbirləri xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) olaraq biz artıq 20 ildən çoxdur ki, mina aksiyası proqramında çalışan bir təşkilat kimi hər zaman mina və partlamamış hərbi sursatlarla bağlı maarifləndirməni (PSTM) davamlı və institusional fəaliyyət kimi həyata keçiririk. Fondumuzun mina risklərinin azaldılması sahəsində gördüyü maarifləndirmə proqramları ölkə miqyasında, xüsusilə də mina təhlükəsinin yüksək olduğu bölgələrdə – işğaldan azad olunmuş ərazilərdə geniş şəkildə icra olunmaqdadır. Bu fəaliyyətlər həm fərdi təhlükəsizlik biliklərinin aşılanması, həm də cəmiyyətin mina təhdidinə qarşı dayanıqlı davranış modellərinin formalaşdırılması baxımından həyati əhəmiyyət daşıyır", - BAMF-nin nümayəndəsi vurğulayıb.

Seçilən
5
50
sia.az

10Mənbələr