Apa.az saytına istinadən ain.az xəbər verir.
Naxçıvanda 6 gün əvvəl avtomobilin vurduğu 64 yaşlı velosipedçi ölüb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, iyunun 24-də yolda velosipedlə hərəkətdə olan Şərur rayonu Xanlıqlar kənd sakini, 1961-ci il təvəllüdlü Niftəliyev Fəxrəddin Yaqub oğlunu avtomobil vurub. Hadisədən sonra o, komaya düşüb və Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Fəxrəddin Niftəliyev bu gün xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.