AZ

Azərbaycanın voleybol hakimi dünya çempionatına təyinat alıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov dünya çempionatına təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, iyulun 2-də Serbiya və Xorvatiyada start götürəcək 19 yaşadək qızlar arasında mundialın oyunlarını idarə edəcək.

24 ölkənin yığma komandasının mübarizə aparacağı yarışda qalib iyulun 13-də bəlli olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
5
azertag.az

10Mənbələr