Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Naxçıvan, 30 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Media-aktiv” layihəsinin icrasına başlanılır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 8–18 iyul tarixlərini əhatə edəcək layihə çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu, futzal, şahmat və stolüstü tennis yarışları təşkil ediləcək.
Layihə media nümayəndələri arasında sağlam və aktiv həyat tərzinin təbliği, dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, eyni zamanda Milli Mətbuat Gününün 150 illiyinin birgə və mənalı şəkildə qeyd olunması məqsədi daşıyır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.