AZ

"Dərin dövlət" Gürcüstanda inqilabın təşviqi üçün Avropa İttifaqından pul alır” - İrakli Kobaxidze

Yazını böyüt
Yazını kiçilt

“Avropa İttifaqının fondlarından maliyyələşən “QHT-lərin” 2 min nəfərlik aksiya təşkil etməsi, hakimiyyətin devrilməsini və sair tələb etməsi faktı çox məyusedici reallıq yaradır. Bu cür faktlar və hərəkətlər təkcə Avropa bürokratiyasının deyil, bütövlükdə Avropa İttifaqının ölkəmizdəki imicinə çox ağır təsir edəcək”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

İrakli Kobaxidze deyib: “Dərin dövlət” Gürcüstanda inqilabi proseslərin təşviqi üçün Avropa İttifaqının maliyyələşməsindən istifadə edir. Bu proseslərin heç bir perspektivinin olmaması yaxşıdır. Buna görə də, Avropa İttifaqına olan etimadın kəskin şəkildə - 80 faizdən 50 faizə qədər azalmasına heç kəs təəccüblənmir. Çünki “Dərin dövlət” tərəfindən idarə olunan Avropa bürokratiyası gürcü cəmiyyətinin gözündə Avropa strukturlarına olan etimadı tamamilə məhv edir”.

Baş nazir deyib ki, nu gün diplomatik pasportlarla bağlı məhdudiyyətlər Avropa İttifaqının ümumi qərarı ilə qüvvədədir. Ona görə də gürcüstan rəsmiləri vizaları adi qaydada alır.

Kobaxidze bildirib ki, məhdudiyyətlərlə bağlı qərar utancvericidir, lakin bu, həmin ölkələrin hüququdur.

“Mən ölkələrdən birinə viza ilə getmişəm və burada heç bir problem yoxdur. Təbii ki, bu, tamamilə utancverici qərardır, lakin bu, onların qərarıdır, onların hüququdur və biz bu qərara uyğun hərəkət etməyə hazırıq” – İrakli Kobaxidze bildirib.

Seçilən
10
5
hafta.az

6Mənbələr