AZ

Rusiyaya qarşı müharibədə İrəvan Kiyevə kömək edəcək VİDEO

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla İrəvanda keçirdiyi birgə mətbuat konfransında belə deyib. “Müdafiə və təhlükəsizlik sahəsində məsləhətləşmələrin başlanması əməkdaşlığımızın çərçivəsinin müasir təhdidlərə uyğunlaşdırılması və onların aradan qaldırılması üçün əlavə səylərin göstərilməsi istiqamətində mühüm addımdır”, - Ermənistan XİN-in rəhbəri vurğulayıb. Mirzoyan həmçinin Kaya Kallasla Aİ-nin Ukrayna üçün silah aldığı Avropa Sülh Fondu çərçivəsində Ermənistana yardımın göstərilməsini müzakirə edib. Kaya Kallas, öz növbəsində, Aİ-nin Ermənistan və Azərbaycan arasında nizamlanma prosesindən ruhlandığını, bu prosesin mümkün qədər tez başa çatdırılmasını istədiyini bildirib. - Mən buraya aydın mesajla gəlmişəm: Aİ və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıblar. Bu gün biz təhlükəsizlik və müdafiə üzrə birgə Ermənistan-Aİ məsləhətləşmələrinə başladıq”, - Aİ diplomatiyasının rəhbəri deyib. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
azvision.az

2Mənbələr