Ukraynada baş nazirin müavini Aleksiy Çernışovun rəhbərlik etdiyi Milli Birlik Nazirliyi ləğv oluna bilər...
Poliqon xəbər verir ki, bu barədə “Ukrayna pravda” nəşri hakim “Xalqın qulluqçusu” partiyasının adının açıqlanmayan nümayəndəsinə istinadən yazıb.
Nəşrin mənbəsi bildirib ki, bu nazirlik ümidləri doğrultmayıb. Eyni zamanda, o qeyd edib ki, ölkə prezidenti Vladimir Zelenski NATO və Avropa İttifaqı sammitlərindən qayıdan məmurları işdən çıxarmadığı üçün departamentin ləğv olunacağına əminlik yoxdur.q
Qeyd edirlir ki, nazirlik Çernışovu hökumətdə işə götürmək və seçkilər olacağı təqdirdə xaricdəki Ukrayna vətəndaşları ilə iş qurmağa çalışmaq üçün yaradılıb.
Nəşr iddia edir ki, nazirlə korrupsiya qalmaqalından sonra o, bu vəzifədə qalmayacaq. Belə qənaətə gəlinib ki, Ukrayna hakimiyyətinin Çernışovun nazirliyini Xarici İşlər Nazirliyi ilə birləşdirməsi ehtimalı yüksəkdir.
Poliqon.info