AZ

Bakıdakı "Formula 1" yarışı ilə bağlı yeni tarix açıqlanıb

2026-cı ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.

Operativ Media xəbər verir ki, bu barədə "Formula 1"in mətbuat xidməti məlumat yayıb.

Bakıdakı mərhələ sentyabrın 24-26-sı aralığında təşkil olunacaq.

Qurum daha əvvəl yarışın sentyabrın 25-27-si aralığında gerçəkləşəcəyini açıqlamışdı.

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi sentyabrın 19-da start götürəcək və 3 gün davam edəcək.

Seçilən
23
50
operativmedia.az

10Mənbələr