AZ

İlham Əliyev sərəncam imzaladı

Sabiq ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla F.Məmmədov bu mükafata ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, F.Məmmədov 2000-2024-cü illər ərzində ədliyyə naziri olub. Hazırda Konstitusiya Məhkəməsinin hakimidir. Sabah, iyulun 1-i onun 70 yaşı tamam olur.


Seçilən
10
5
news24.az

10Mənbələr