ain.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.
“Moskva Azərbaycanla əlaqələrin pozulmasından təəssüflənir və münasibətlərin daha da inkişafında maraqlıdır.
Sitat.info Ura.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz qəbul edilmiş qərarlara görə təəssüflənirik. Kreml nümayəndələrinin fikrincə, hüquq-mühafizə orqanlarının hərəkətləri ilə bağlı məsələlər belə genişmiqyaslı məhdudiyyətlərə səbəb olmamalıdır”, - Kreml rəsmisi əlavə edib.
Peskovun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı prezidentlər - Vladimir Putinlə İlham Əliyev arasında ayrıca söhbət planlaşdırılmır. Rusiya tərəfi Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.