AZ

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı  Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb. Bu barədə Apa məlumat yayıb. 

 Azərbaycanın hüquq-mühafizə orqanları “Sputnik-Azərbaycan” informasiya agentliyinin Bakıdakı ofisində əməliyyat keçirir və ofisi nəzarətə götürüb. 

Bu ilin əvvəlində Azərbaycan hökuməti “Sputnik-Azərbaycan”ın fəaliyyətini rəsmi olaraq dayandırmış, qurumun yerli yayım və informasiya resurslarına məhdudiyyət qoymuşdu. 

 

Seçilən
6
10
anews.az

5Mənbələr