AZ

"Turan Tovuz" braziliyalı müdafiəçi ilə güclənir

Yeni mövsüm transfer çalışmalarını davam etdirən "Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Operativ Media xəbər verir ki, premyer liqa təmsilçisi Portuqaliyanın "Portimonense" klubunda çıxış edən braziliyalı sol cinah müdafiəçisi Keffel Alvimi heyətinə qatmağa yaxındır.

25 yaşlı futbolçu ilə artıq anlaşma əldə olunub.

O, karyerası ərzində "Paysandu", "Retro", "Trofense" və "Torreense" kimi klublarda çıxış edib.

104 oyunda 3 qol və 5 assistlə yadda qalan Alvimin dəyəri 400 min avro olaraq göstərilir.

Seçilən
18
50
operativmedia.az

10Mənbələr