Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiya Bakıdakı rus diplomatların iki saatdan artıqdır jurnalistlərlə əlaqə saxlaya bilməməsindən narahatdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Azərbaycan tərəfi səbəbləri izah etmədən rusiyalı diplomatların rusiyalı jurnalistlərlə görüşməsinə icazə vermir”, - o bildirib.
Qeyd edək ki, DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir. Artıq FTX-nin iki agentinin saxlanıldığı haqda informasiya var.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.