İranda Amerikanın SpaceX şirkətinin "Starlink" peyk internet xidmətindən istifadə qadağan edilib.
News24.az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə qərarın qəbul edilməsinə İran parlamenti səs verib.
Qanunu pozanları və "Starlink" provayderlərini həbs və avadanlıqların müsadirəsi gözləyir.