Idmanxeber.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyənin “Konyaspor” klubunda çıxış edən Hamidu Keyta komandadan ayrılır.
İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu Super Liqa klubunun gələcək planlarına daxil deyil. O, “Konyapsor”la yay toplanışına qatılmayacaq.
Keytanın daha öncə Azərbaycanda oynaya biləcəyi iddia edilirdi. Fransalı hazırda özünə klub axtarır.
Hücumçu ötən il “Qarabağ”dan “Konyaspor”a transfer olunmuşdu. O, Super Liqa klubunun heyətində 30 oyun keçirib 2 qol vurub, 1 assist edib. 21 yaşlı hücumçu bir dönəm “Zirə”də də çıxış edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.