Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın "Radomyak" klubundan ayrılıb.
Teleqraf-ın məlumatına görə, bu barədə 27 yaşlı hücumçunun özü sosial şəbəkə hesabında paylaşım edib.
O, komandada oynamaq imkanı yaratdığı üçün "Radomyak"a təşəkkür edərək, uğurlar arzulayıb.
Xatırladaq ki, Renat Dadaşov "Radomyak"da 2024/2025 mövsümünün ikinci yarısından çıxış edirdi.