Azərbaycanda rusiyalı sənətçilərin konsertləri ilin sonuna qədər təxirə salınıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Strasti” nəşri iTicket bilet saytına istinadən məlumat yayıb.
Belə ki, ölkədə reper Basta, müğənnilər Leonid Aqutin və Anjelika Varumun konsertləri baş tutmalı idi. Məqalədə deyilir: “Həmçinin “Şelkunçik”, “Düyməcik”, “Ustad və Marqarita” pyeslərinin, rusiyalı stend-up komediyaçılarının konsertlərinin nümayişi planlaşdırılırdı”.
Bildirilir ki, tamaşaçılar biletləri satış məntəqələrindən və ya onlayn şəkildə geri qaytara bilərlər.
Bundan əvvəl Azərbaycan Mədəniyyət Nazirliyinin Rusiyada dövlət və özəl qurumların keçirdiyi bütün mədəni tədbirləri ləğv etdiyi barədə məlumat yayılmışdı.