AZ

Prezidentin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub

Prezidentin Təhlükəsizlik Xidmətinə (PTX) yeni rəis təyin olunub.

Əldə edilən məlumata görə, bu vəzifəyə polkovnik Fərid Əsgərov təyin edilib.

Qeyd edək ki, F.Əsgərov bu təyinatadək PTX rəisi Bəylər Eyyubovun müavini idi. B.Eyyubov digər təyinatla Prezidentin Katibliyinin rəisi təyin edilib.

XXX

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib.

Məlumata görə, Bəylər EyyubovPrezidentin Katibliyininrəisi təyin olunub.

Qeyd edək ki, 74 yaşlı B.Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub. 16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

O, göstərdiyi xidmətlərinə görə “Şərəf”, “Azərbaycan bayrağı”, “Vətənə xidmətə görə” (3 dəfə) və digər orden-medallarla təltif edilib.

© "Unikal"

Fərid ƏsgərovBəylər EyyubovPrezidentin Təhlükəsizlik Xidməti
Seçilən
28
23
marja.az

10Mənbələr