AZ

PKK-nın silahlarını təhvil verəcəyi tarix bəlli OLDU

PKK yaraqlıları iyulun əvvəlində İraq Kürdüstanında keçiriləcək xüsusi mərasimdə silahlarını yerə qoyacaqlar.

Viral.az bu barədə “Al-Arabiya”ya istinadən xəbər verir.

Mənbə yazır ki, bu addım Türkiyə ilə barışıq prosesini sürətləndirmək üçün “etibar yaratma” və “xoşməramlı jest” məqsədi ilə atılacaq.

Son Yazılar:

Qeyd olunur ki, mərasim İraq Kürdüstanının ikinci böyük şəhəri olan Süleymaniyyədə baş tutacaq.

Xatırladaq ki, fevralın 27-də Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan tərəfdarlarına müraciət edib.

Öcalan tərəfdarlarını silahı yerə qoymağa və sivil yolla qurultay keçirərək, siyasi mübarizəyə qoşulmağa çağırıb.

O bəyan edib ki, PKK özünü buraxmalı, terror təşkilatı ləğv edilməlidir.

Seçilən
20
14
viral.az

10Mənbələr