AZ

"Qarabağ" hesabı açdı - YENİLƏNİR

Azərbaycanı avrokuboklarda təmsil edəcək "Qarabağ" və "Zirə" komandaları bu gün yoxlama oyununda üz-üzə gələcəklər.

Apasport.az xəbər verir ki, "Azersun Arena"da keçiriləcək qarşılaşma 18:00-da start götürəcək.

Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

"Zirə" isə Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Hayduk"un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Yoldaşlıq görüşü

18:00. "Qarabağ" - "Zirə" - 1:0

"Qarabağ"ın legioneri getmək istəyir: Klub da razıdır

"Tottenhem"in Kudüs planı

“Sabah” daha bir futbolçu ilə yollarını ayırdı: Rəsmi

"Neftçi" "Kappa"ya qayıtdı

"Kəpəz"də daha 3 ayrılıq

Seçilən
9
50
apasport.az

10Mənbələr