İran hakimiyyəti Ukraynanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb və Tel-Əvivin Tehrana qarşı aqressiv hərəkətlərini dəstəklədiyinə görə Kiyevə rəsmi etiraz edib.
Operativ Media xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti öz saytında məlumat yayıb.
Qeyd olunur ki, ukraynalı diplomat Tehranın iddialarını ən qısa zamanda Kiyevə çatdıracağına söz verib.
İyunun 24-də Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Tehranla münasibətlərini “son dərəcə gərgin” adlandırıb və İran ərazisinə endirilən zərbələri dəstəkləyib.