AZ

Qətər İranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanmasında iştirak edir » AzadMedia.az


Qətər hazırda ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanması üzrə diplomatik prosesdə iştirak edir.

Bu barədə Qətərin Baş nazirinin müşaviri, XİN rəsmisi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

"Hazırda Qətər bu prosesdə fəal şəkildə iştirak edir, tərəflərlə, demək olar ki, gündəlik əsasda əlaqə saxlanılır", - o, brifinqdə Vaşinqton və Tehran arasında nüvə proqramı ilə bağlı danışıqlara toxunaraq deyib.
Seçilən
24
3
azadmedia.az

5Mənbələr