AZ

DİN: “Sputnik Azərbaycan”ın qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsi ilə bağlı araşdırma başlayıb VİDEO

Bakı, 30 iyun, AZƏRTAC

2025-ci ilin fevralında “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi (DİN) araşdırmalara başlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Əlavə məlumat veriləcək.

Seçilən
15
49
azertag.az

10Mənbələr